featured-image-29651

“İnter”in baş direktoru Cüzeppe Marotta baş məşqçi Simone İndzqinin klubdakı gələcəyini dəyərləndirib. Msport.az xəbər verir ki, 47 yaşlı mütəxəssisin müqaviəsi 2024-cü ilin iyununa kimidir.

“İndzaqi gələn mövsüm “İnter”də qalacaqmı? Fikirləşirəm ki, hə. Hərçənd baş məşqçinin işini ayrı-ayrı oyunlara görə yox, mövsümə əsasən qiymətləndirmək lazımdır.

“İnter” İtaliya çempionatında qarşısına qoyulan məqsədlərə çata bilməyib. Amma digər tərəfdən İndzaqi pis iş görməyib”.

Qeyd edək ki, Milan klubu 34 oyundan sonra 63 xalla İtaliya A seriyasında 4-cü yeri tutur.

İndzaqi 2021-ci ilin iyunundan komandaya rəhbərlik edir.

ANAR

Bənzər xəbərlər