İndzaqi "İnter"dən ayrıldı - RƏSMİ
Simone İnzaqi “İnter” baş məşqçisi postundan ayrılıb. Msport.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq yolu ilə müqaviləyə xitam veriblər.
İndzaqi 2021-ci ildən “İnter”i çalışdırırdı. O, bu müddət ərzində bir dəfə İtaliya çempionu olub, iki dəfə kuboku qazanıb, 3 dəfə isə Superkubokda qalib gəlib.
“İnter” onun rəhbərliyi altında iki dəfə Çempionlar Liqasının finalına çıxıb.