featured-image-18897

2025-ci ildə Klublararası dünya çempionatında (KDÇ) komanda sayı artırılacaq.

Msport.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib.

Ali futbol qurumunun rəhbəri bildirib ki, əvvəlcədən planlaşdırılan ideya gerçəkləşəcək:

“Klublararası dünya çempionatının yeni versiyası olacaq. 2025-ci ildən burada 32 klub mübarizə aparacaq. Bu turnir yığma komandaların dünya çempionatına bənzəyəcək”.

UEFA və Avropa Klublar Assosiasiyası bu turnirlə bağlı yeni ideyanın ləğv edilməsini istəyir.

Bənzər xəbərlər