İnfantino Rusiyanın Asiya futbol federasiyasına mümkün keçidinə münasibət bildirdi
FIFA prezidenti Canni İnfantino Rusiya futbol federasiyasının UEFA-dan Asiya futbol federasiyasına keçidini dəstəklədiyi deyib.
Msport.az xəbər verir ki, FİFA rəhbərliyinin bu mövqeyi bu gün UEFA-nın Lissabonda keçirilən Konqresində Rusiya nümayəndə heyətinə bildirilib. İnfantino FİFA tərəfindən heç bir “maneə” olmayacağını bildirib.
Xatırladaq ki, Ukraynaya qarşı hərbi hücumundan sonra Rusiyanın yığma komandaları və klubları FİFA və UEFA bayrağı altında keçirilən bütün futbol turnirlərindən kənarlaşdırılıb.







