featured-image-25277

Frenk Lempard və ya Stiven Cerrard İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasına rəhbərlik edə bilər.

Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, yığmanın hazırkı çalışdırıcısı Li Karsli AÇ-2023-dən sonra postundan ayrıla bilər.

Bu üzdən də federasiya rəhbərliyi indidən ona layiqli əvəzedici axtarmağa başlayıb.

Cerrardın sonuncu iş yeri “Aston Villa” olub. O, ötən ilin oktyabrında istefaya göndərilib. Lempard isə son dəfə “Everton”u çalışdırıb. 44 yaşlı mütəxəssis 2023-cü ilin yanvarında Mersisayd təmsilçisinin baş məşqçi postundan uzaqlaşdırılıb.

Bənzər xəbərlər