featured-image-51275

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeytin istefasından sonra yerli futbol assosiasiyası yeni çalışdırıcı üçün öz saytında elan verib.

Msport.az xəbər verir ki, əsas şərtlərdən biri mütəxəssisin Premyer Liqa və ya aparıcı beynəlxalq turnirlərdə yaxşı nəticələrinin olmasıdır. Vakansiyaya baş vuracaq məşqçilər UEFA Pro Lisenziyasına sahib olmalı, ingilis futbolunu yaxından bilməlidir.

Milli komandanın yeni baş məşqçisindən ictimai nəzarətin çox sıx olduğu, yüksək profilli bu rolda rahat və dayanaqlı olmaq, yüksək performanslı komanda mədəniyyəti və mühiti yaratmaq gözlənilir. Beynəlxalq futbol mühitini anlamaq, liderlik keyfiyyətləri, İngiltərədə istedadlı oyunçuları üzə çıxarmaq, idarə etmək və inkişaf etdirmək də yeni məşqçidə axtarılan xüsusiyyətlərdəndir. O, güclü şəxsi dəyərlərə və dürüstlüyə malik olmalıdır.

Vakansiya üçün son müraciət tarixi 2 avqustdur.

Qeyd edək ki, İngiltərə millisi Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub. Bundan sonra isə 2016-cı ildən milliyə rəhbərlik edən Qaret Sautgeyt istefa verib.

Bənzər xəbərlər