İngiltərə Finalissimanın qalibi oldu
İngiltərə millisi qadınlar arasında ilk dəfə keçirilən Finalissimonun qalibi olub. Msport.az xəbər verir ki, britaniyalılar oyunsonrası penalti zərbələri ilə Braziliya yığmasını məğlub ediblər – 4:2.
“Mançester Yunayted”in yarımmüdafiəçisi Ella Tun 23-cü dəqiqədə İngiltərəni önə keçirib. Cənubi amerikalılar matçın sonunda Andressanın qolu sayəsində bərabərliyi təmin edib. Oyunsonrası penalti zərbələrini avropalılar daha yaxşı yerinə yetiriblər.
İngiltərə millisinin yarımmüdafiəçisi Kira Uolş matçın ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, Finalissimada Avropa çempionu ilə Cənubi Amerika zonasının qalibi qarşılaşır. İngiltərə AÇ-2022-nin qalibi olub. Onlar evdə keçirilən qitə çempionatının finalında Almaniya üzərində qələbə qazanmışdılar – 2:1.
Braziliya isə Copa America – 2022-də Kolumbiyanı məğlub etmişdilər – 1:0.
ANAR ABDULLAYEV







