İngiltərə futbolunda əsrin rekordu
İngiltərə Premyer Liqasının III turunda “Vest Hem” və “Mançester Siti” komandaları qarşılaşıb.
Msport.az xəbər verir ki, qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.
“Mançester Siti”nin ulduzu, norveçli hücumçu Erlinq Haaland bu görüşdə üç qol vuraraq, XXI əsrdə Premyer Liqa tarixində komandanın ilk üç start qarşılaşmasında iki dəfə het-trik edən ilk futbolçu olub.
Haaland əvvəlki het-trikini Premyer Liqanın ötən turunda edib. O, “İpsviç”in qapısına üç dəfə yol tapıb və oyun 4:1 hesabı ilə “Mançester Siti”nin xeyrinə başa çatıb.
Premyer Liqanın üç başlanğıc matçında iki dəfə het-trik edən ilk oyunçu 1994/1995 mövsümündə “Bredford”lu Paul Jevel olub.
Qeyd edək ki, Erlinq Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Norveçli “şəhərlilər”in heyətində bütün yarışlarda 102 matçda iştirak edib, 97 qol vurub və 14 məhsuldar ötürmə edib.