featured-image-21909

İngiltərə Premyer Liqası klubları ilk dəfə qış transfer pəncərəsində 1 milyard dollardan çox pul xərcləyiblər.

Msport.az “Reuters”ə istinadən xəbər verir ki, bu qış İngiltərə təmsilçiləri 815 milyon funta (1 milyard dollar) futbolçu alıblar.

Hamıdan çox “Çelsi” pul xərcləyib. Ümumi məbləğin 37 faizi London klubunun payına düşür.

Qeyd edək ki, “zadəganlar” transfer pəncərəsinin son günündə “Benfika”dan Entso Fernandesi 121 milyon avroya alıblar.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər