featured-image-27439

Türkiyə millisinin və “Feyenoord”un futbolçusu Orhun Kökçü Premyer Liqa klublarının diqqət mərkəzinə düşüb.

Msport.az “Sunday Mirror”a istinadən xəbər verir ki, 6 komanda 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

“Mançester Yunayted”, “Tottenhem”, “Brayton”, “Lester”, “Vest Hem” və “Brentford” Rotterdam klubunun kapitanının oyununu yaxından izləyir.

Onun Niderland klubu ilə müqaviləsi 2025-ci ilin iyununa kimidir. “Tranfermarkt” saytı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Orhun millimizin üzvü Ozan Can Kökçünün kiçik qardaşıdır.

ANAR 

Bənzər xəbərlər