featured-image-21098

“Lester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın U-1 yığmasının və “Kopenhagen”in sol cinah müdafiəçisi Viktor Kristianseni transfer edib.

“Lester Siti” bu transfer üçün Danimarka klubuna 14 milyon avro ödəyib. Gənc futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Kristiansen “Kopenhagen”in yetirməsidir. O, bu klubun əsas komandasında 73 oyuna çıxıb, 1 qol vurub.

“Lester Siti” hücumçusu Corc Hersti isə “İpsviç Taun”a icarəyə verib. 23 yaşlı forvardın bu mövsümün sonunadək aşağı liqa təmsilçisində forma geyinəcəyi açıqlanıb. Herst 2019-cu ilin yayından formasını geyindiyi Premyer Liqa təmsilçisində cəmi 2 matça çıxıb. O, “İpsviç Taun”dan əvvəl “Blekbern”, “Portsmut”, “Roterem Yunayted”də də icarədə oynayıb.

Bənzər xəbərlər