featured-image-47363

“Barselona”nın müdafiəçisi Jül Künde “Aston Villa”nın maraq dairəsinə düşüb. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Mənbənin sözlərinə görə, İngiltərə klubu fransalı futbolçununu transfer etmək istəyir. Kataloniya təmsilçisi mərkəz müdafiəçisindən razı olduğundan onu yalnız yüksək qiymətə satmağa razılaşar.

Kündenin “Barsa” ilə müqaviləsi 2027-ci ilin iyununa kimi nəzərdə tutulub. “Transfermarket” onun dəyərini 60 milyon avro qiymətləndirir.

 

Bənzər xəbərlər