İngiltərə klubu gürcüstanlı futbolçunu transfer etdi
“Uotford” “Genk”dən Georgi Çakvetadze ilə müqavilə bağlayıb. Msport.az İngiltərə klubu gürcü futbolçunun transferinə 2,5 miıyon avro xərcləyib.
Yarımmüdafiəçi mövsümün ilk yarısını icarə əsasında “Uotford”da keçirmişdi. Yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.
Transfermartkt saytı Çakvetadzenin dəyərini 2 milyon avro qiymətləndirir.
24 yaşlı oyunçu cari mövsümdə 25 matçda 1 qol vurub və iki məhsuldar ötürmə verib.
Çakvetadze “Genk”ə 2023-cü ilin iyununda Tbilisi “Dinamo”sundan keçmişdi.
“Uotford” 29 turdan sonra 41 xalla Çampionşipdə 9-cu yeri tutur.