featured-image-23805

“Nyukasl” yarımmüdafiəçisi Migel Almironla yeni müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub.

Paraqvay yığmasının da üzvü olan Almiron “Nyukasl”da 2019-cu ildən forma geyinir. O, bu komandanın heyətində 152 oyuna 24 qol vurub.

Bənzər xəbərlər