featured-image-60806

İngiltərənin “Tottenhem” klubunun hücumçusu Miki Mur avrokuboklarda rekorda imza atıb.

Msport.az xəbər verir ki, forvard buna “Elfsborq”a qalib gəldikləri (3:0) UEFA Avropa Liqası matçında fərqlənməklə nail olub.

Görüşün 90+4-cü dəqiqəsində fərqlənən Mur avrokuboklarda qol vuran ən gənc ingiltərəli olub. O, 17 yaş 172 günlüyündə sevinib.

Miki Cimmi Qrivzin rekordunu qırıb. Əfsanəvi hücumçu 1957-ci ildə 17 yaş 245 günlüyündə fərqlənib.

Bənzər xəbərlər