featured-image-67737

Qadınlardan ibarət futbol üzrə İngiltərə millisi İsveçrədə keçirilən 2025-ci il Avropa çempionatının qalibi olub.

Msport.az xəbər verir ki, ingilislər finalda İspaniya komandasını 1:1 hesabı ilə bitən əsas və əlavə vaxtın ardından penaltilər seriyasında məğlub ediblər – 3:1.

Bununla İngiltərə millisi 2023-cü il dünya çempionatının həlledici matçındakı məğlubiyyətin (0:1) əvəzini ispanlardan çıxmış olub.

Qeyd edək ki, ikinci dəfə Avropa çempionu olan ingilislərin ilk uğuru 2022-ci ilə təsadüf edib.

Bənzər xəbərlər