featured-image-48402

İngiltərə millisinin AVRO-2024 üçün ilkin heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt 33 futbolçuya dəvət göndərib.

Öncədən gözlənildiyi kimi Ris Ceyms, Markus Reşford, Rahim Sterlinq və Cordan Henderson çempionatdan kənar qalıblar. O, Almaniyada təşkil olunacaq turnirə aparacağı yekun “26-lığ”ı iyunun 7-dək müəyyənləşdirməlidir. İngiltərə qrup mərhələsində Sloveniya, Danimarka və Serbiya ilə mübarizə aparacaq.

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Aaron Ramsdeyl (“Arsenal”), Ceyms Trafford (“Bernli”);

Müdafiəçilər: Carrad Brantveyt (“Everton”), Lyuis Dank (“Brayton”), Mark Quehi (“Kristal Pelas”), Ezri Konsa (“Aston Villa”), Co Qomes, Carell Kuansa (hər ikisi “Liverpul”), Harri Maquayr, Lyuk Şou (hər ikisi “Mançester Yunayted”), Kieran Tripye (“Nyukasl”), Con Stouns, Kayl Uoker (hər ikisi “Mançester Siti”);

Yarımmüdafiəçilər: Trent Aleksander-Arnold, Kurtis Cons (hər ikisi “Liverpul”), Konor Qallaher (“Çelsi”), Kobbi Maynu (“Mançester Yunayted”), Adam Uoton (“Kristal Pelas”), Deklan Rays (“Arsenal”);

Hücumçular: Cud Bellinqem (“Real”, İspaniya), Carrod Bouen (“Vest Hem”), Ebereçi Eze (“Kristal Pelas”), Fil Foden, Cek Qriliş (hər ikisi “Mançester Siti”), Entoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bavariya”, Almaniya), Ceyms Maddison (“Tottenhem”), Koul Palmer (“Çelsi”), Bukayo Saka (“Arsenal”), İvan Toni (“Brentford”), Olli Uotkins (“Aston Villa”).

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Bənzər xəbərlər