İngiltərə millisində itki
Ris Ceyms sağlıq durumuna görə, vaxtından əvvəl İngiltərə millisinin düşərgəsini tərk edib. Msport.az xəbər verir ki, “Çelsi”nin müdafiəçisi zədə səbəbindən martın 29-da AÇ-2024-ün seçmə oyununda meydana çıxmayacaq.
Zədənin yüngül olduğu deyilir.
Qeyd edək ki, “Çelsi” aprelin 1-də “Aston Villa”, 4-də isə Liverpul”la qarşılaşacaq.
Ceyms cari mövsümdə İngiltərə Premyer Liqasında 12 oyunda 1 qol vurub.
ANAR







