featured-image-45493

Braziliya ilə yoldaşlıq oyununda üz-üzə gələcək İngiltərə yığması itki ilə üzləşib.

Msport.az xəbər verir ki, komandanın aparıcı hücumçusu Harri Keyn zədə səbəbindən bu matçda meydana çıxmayacaq.

Forvard “Bavariya”nın heyətində Almaniya Bundesliqasında “Darmştadt”a qarşı keçirilən oyunda topuğundan xəsarət alıb.

Onun Belçika ilə matçda iştirakı da sual altındadır.

Qeyd edək ki, İngiltərə millisi bu gün Braziliya, 26-da isə Belçika ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bənzər xəbərlər