featured-image-45563

İngiltərə millisi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, “Mançester Yunayted”dən yığmaya cəlb edilən müdafiəçi Harri Maquayr komandanın düşərgəsini tərk edib.

O, Braziliya ilə yoldaşlıq oyununda zədələnib. Futbolçunun durumuna müayinələrdən sonra tam aydınlıq gələcək. Maquayr Belçika ilə sabah keçiriləcək görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, İngiltərə Braziliya ilə matçda 0:1 hesabı ilə uduzub.

Bənzər xəbərlər