featured-image-49549

İngiltərə millisi Avropa çempionatları tarixində yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, yığma buna ardıcıl 5-ci dəfə qrup matçında meydanı qol buraxmadan tərk etməklə nail olub.

Komanda ötən gün Serbiyaya 1:0 hesabı ilə qalib gəlib.

İngilislərin quru seriyası AVRO-2016-dan başlayıb. Həmin turnirdə qrup mərhələsinin son qarşılaşmasında Slovakiya (0:0) ilə heç-heçə oynayan İngiltərə AVRO-2020-də qrup mərhələsində qapısını toxunulmaz saxlayıb. Onlar Xorvatiya (1:0) və Çexiyaya (1:0) qalib gəliblər, Şotlandiya (0:0) ilə görüşdə isə hesab açılmayıb.

Qeyd edək ki, Qaret Sautgeytin komandası Avropa çempionatında növbəti oyununu iyunun 20-də Danimarkaya qarşı keçiriəcək.

Bənzər xəbərlər