featured-image-56047

Tomas Tuxelin İngiltərə millisinin baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib.

Msport.az İngiltərə Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, 51 yaşlı almaniyalı mütəxəssisin müqaviləsi 2025-ci il yanvarın 1-də qüvvəyə minəcək. Sözləşmənin müddəti 2026-cı ilin iyul ayına qədər nəzərdə tutulub.

Yığmaya bu ilin sonunadək müvəqqəti olaraq Li Karsli rəhbərlik edəcək.

Qeyd edək ki, Tomas Tuxel daha əvvəl Almaniyanın “Borussiya” (Dortmund) və “Bavariya”, Fransanın PSJ və İngiltərənin “Çelsi” klublarını çalışdırıb.

Bənzər xəbərlər