featured-image-29048

İngiltərə millisinin sabiq baş məşqçisi Sem Ellerdays yaxın vaxtlarda “Lids”in sükanı arxasına keçə bilər. Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssisi müvəqqəti olaraq mövsümün sonuna kimi bu posta gətirmək istəyir.

Ellerdays çalışdırdığı komandaları Premyer Liqada saxlaya bilməsi ilə məşhurlaşıb. “Lids” rəsmiləri ümid edirlər ki, o, klubun elitadakı yerini qorumasını təmin edə biləcək.

68 yaşlı məşqçinin son iş yeri “Vest Bromviç” olub. O, karyerası ərzində “Bolton”, “Nyukasl”, “Bləkbörn”, Vest Hem”, “Sanderlend” və “Everton” klublarını çalışdırıb.

İngiltərə millisi Ellerdaysın rəhbərliyi altında bir oyuna çıxıb. İki ay yığmada işlədikdən sonra o, qalmaqala görə postundan ayrılmalı olmuşdu.

“Lids”in hazırkı baş məşqçisi Xavi Qarsiya yaxın gülərdə istefaya göndəriləcək. Cari mövsümdə komandada artıq 3 mütəxəssis işləyib.

34 oyuna 30 xal yığan “Lids” 17-ci yeri tutur.

ANAR

Bənzər xəbərlər