İngiltərə millisinin üzvü komandasını dəyişəcək
İngiltərə millisinin və “Nyukasl”ın müdafiəçisi Kiran Tripyer komandasını dəyişə bilər.
Msport.az “The Mirror”a istinadən xəbər verir ki, London təmsilçisi Kiran üçün komandasına rəsmi təklif göndərib.
33 yaşlı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Tripyer ötən mövsüm bütün yarışlarda 39 oyuna çıxıb, 1 qol vurub və 11 asist edib.
Onun yeni sezona “Vest Hem”də başlayacağı gözlənilir.