İngiltərə nəhəngləri almaniyalı yarımmüdafiəçini istəyir
“Bavariya”nın futbolçusu Coşua Kimmix karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az “Fichajes”ə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Liverpul” və “Mançester Siti” yarımmüdafiəçi ilə maraqlanır.
O, 2015-ci ildən Münhen təmsilçisində çıxış edir. Almaniyalı oyunçu bu mövsüm 20 matçda iştirak edib, bir qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.







