featured-image-16099

“Şaxtyor”un yarımmüdafiəçisi Mixail Mudrik İngiltərə klublarının maraq dairəsindədir.

Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, bu haqda Donetsk təmsilçisinin idman direktorunun müavini Karlo Nikolini açıqlama verib.

O, “Arsenal” və “Mançester Siti”nin 21 yaşlı futbolçunun xidmətində maraqlı olduğunu deyib.

Ukrayna klubu Mudrikin satışından 100 milyon avro qazanmaq niyyətindədir.

“Şaxtyor”un yetirməsi olan futbolçu 2018-ci ildən Donetsk komandasında çıxış edir.

Bənzər xəbərlər