İngiltərə nəhənglərinin istədiyi yarımmüdafiəçi
“Krital Pelas”ın futbolçusu Maykl Olise İngiltərədə klubunu dəyişə bilər.
Msport.az “Football Transfers” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Arsenal” və “Aston Villa” 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Qeyd edək ki, Olise Premyer Liqada 17 oyun keçirib, 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.