İngiltərə Premyer Liqası avrokuboklarda 8 klubla təmsil olunacaq
“Vest Hem” UEFA Konfrans Liqasının finalında “Fiorentina” üzərində qələbə qazandıqdan (2:1) sonra İngiltərə Premyer Liqası (EPL) avrokuboklara əlavə vəsiqə əldə edib.
Msport.az xəbər verir ki, (EPL) gələn mövsüm 8 klubla təmsil olunacaq.
“Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted”, “Nyukasl” Çempionlar Liqasında çıxış edəcək. “Liverpul” və “Brayton” Avropa Liqasına çempionatdan vəsiqə qazanıblar, “Vest Hem” isə Konfrans Liqasını qazanmaqla buna nail olub. “Aston Villa” Konfrans Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Konfrans Liqasını qazanan “Vest Hem” İngiltərə çempionatında mövsümü 14-cü yerdə başa vurub.
ANAR







