İngiltərə Premyer Liqasında Ramazana ayına görə xüsusi qayda
İngiltərə Premyer Liqasının hakimlərinə Ramazan ayında keçirilən oyunlar zamanı qısa fasilə verilməsi təklif olunub.
Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, müsəlmanların müqəddas ayı boyunca futbolçular iftarlarını aça bilsin deyə, hakimlər pauza verəcəklər.
Həmin vaxt oyunçular su içə və ya müxtəlif gücləndirici vitaminlər qəbul edə bilərlər.
Bundan başqa, ədalət təmsilçiləri matçdan öncə oruc tutan futbolçuları müəyyənləşdirməlidirlər ki, fasilənin vaxtını müəyyənləşdirsinlər.
Bu il Ramazan ayı martın 22-də başlayacaq.
ANAR ABDULLAYEV







