featured-image-30789

Pep Qvardiola  İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi seçilib. Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniyalı mütəxəssisin rəhbərliyi altında “şəhərlilər” çempionluğu təmin etdilər və 2-ci yerdə gedən “Arsenal”ı 5 xal qabaqladılar.

Siti bu mövsüm İngiltərə Premyer Liqasında 38 oyunda 28 qələbə qazandı və 94 qol vurdu. Bu göstəriciyə görə, “Mançester Siti” Avropadakı bütün komandalardan öndə olub.

Qvardiola 3-cü dəfədir ki, mövsümün məşqçisi seçilir. O, 2018 və 2021-ci illərdə də bu mükafata yiyələnib.

ANAR 

Bənzər xəbərlər