featured-image-41412

İngiltərə Premyer Liqasında 2023-2024-cü illər mövsümünün birinci dövrəsinin ən uğursuz “on birliy”i açıqlanıb.

Msport.az xəbər verir ki, ESPN-nin hazırladığı siyahıda “Mançester Yunayted” və “Çelsi”dən ümumilikdə 8 oyunçu yer alıb.

Qapıçı: Andre Onana (“Mançester Yunayted”)

Müdafiəçilər: Ris Ceyms, Mark Kukurella (hər ikisi “Çelsi” ), Erik Dayer (“Tottenhem”), Yoşko Qvardiol (“Mançester Siti”)

Yarımmüdafiəçilər: Entso Fernandes, Mixail Mudrik (hər ikisi “Çelsi”), Kalvin Fillips (“Mançester Siti”), Meyson Maunt, Antoni (hər ikisi “Mançester Yunayted”)

Hücumçu: Markus Reşford (“Mançester Yunayted”)

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2023-cü ilin son oyunları dekabrın 31-də keçiriləcək.

Bənzər xəbərlər