featured-image-45317

Almaniyanın “Borussiya” (Dortmund) klubu icarə əsasında komandada çıxış edən Ceydon Sanço ilə bağlı qərar verib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Dortmund təmsilçisi 23 yaşlı vingeri birdəfəlik transfer etmək niyyətindədir.

Hətta oyunçunun müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”lə danışıqlara da başlanıldığı bildirilib.

Qeyd edək ki, ingiltərəli futbolçu bu ilin yanvarından “Borussiya”nın formasını geyinir. O, 10 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər