İngiltərəli futbolçu üçün 100 milyonluq tələb
Dortmund “Borussiya”sının futbolçusu Ceymi Bayno-Qittens karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, ingiltərəli vinger “Çelsi”nin maraq dairəsinə düşüb.
Premyer Liqa təmsilçisi 20 yaşlı oyunçunu heyətinə qatmağı hədəfləyir. Ancaq “Çelsi” bu transfer üçün astronomik məbləğdə xərc çəkməlidir. Çünki “Borussiya” gənc futbolçusuna 100 milyon avro qiymət qoyub.
Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan Ceymi Bayno-Qittens bu mövsüm “Borussiya”nın heyətində 30 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə verib.