featured-image-41960

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun futbolçusu Cordan Henderson karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio bildirib.

“Yuventus” 33 yaşlı yarımmüdafiəçinin icarəyə götürülməsi ilə bağlı danışıqlara start verib.

Daha əvvəl ingiltərənin oyunçunun ölkədəki yaşayış şəraitindən narazı olduğu üçün klubundan ayrıla biləcəyi yazılıb. O, cari mövsüm 19 matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər