İngiltərəli futbolçular arasında yeni rekord
“Bavariya”nın futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
“Report”un məlumatına görə, hücumçu buna Almaniyada “Real”la heç-heçə etdikləri yarımfinal mərhələsinin ilk oyununda (2:2) fərqlənməklə nail olub.
Forvard cari mövsüm turnirdə (8+3) 11-ci qolunu vurub. Beləliklə o, Çempionlar Liqasında bir mövsümdə rəqib qapılarına ən çox yol tapan ingiltərəli oyunçu olub.
Keyn bu göstəricidə Devid Bekhem (10 qol, 1998/1999 mövsümü) və Stiven Cerrardı (10 qol, 2007/2008 mövsümü) ötüb.