featured-image-50085

İngiltərə millisinin yarımmüdafiəçisi Fil Fodenin durumuna aydınlıq gəlib.

Msport.az xəbər verir ki, ulduz futbolçu bu gündən yenidən kollektivə qoşula biləcək.

Futbolçu ailə şəraitinə, daha doğrusu üçüncü övladının dünyaya gəlməsinə görə Böyük Britaniyaya qayıtmışdı. Cinah oyunçusunun AVRO-2024-ün 1/8 final mərhələsində Slovakiya ilə qarşılaşma öncəsi qapalı məşqdə iştirakı gözlənilir.

İngiltərə – Slovakiya matçı iyunun 30-da baş tutacaq.

Bənzər xəbərlər