İngiltərəli hücumçu “Milan”a keçə bilər
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford karyerasını İtaliyada davam etdirə bilər.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, “Milan” 27 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.
İngiltərəli forvard daha sonra satın alınmaq şərti ilə altı aylıq icarəyə götürülə bilər. İtalyanlar Reşfordun maaşının böyük hissəsinin “qırmızı şeytanlar”ın üzərinə düşməsini istəyir.
Qeyd edək ki, Markus Reşford cari mövsüm bütün turnirlərdə “Mançester Yunayted”də 24 oyun keçirib, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.