İngiltərəni Avropada təmsil edəcək klublar məlum oldu
İngiltərəni Çempionlar Liqasının 2024-2025-ci illər mövsümündə təmsil edəcək komandalar bəlli olub. Msport.az xəbər verir ki, Premyer Liqanın 6 klubu qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq.
“Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Çelsi”, “Nyukasl” və “Tottenhem” ÇL-də iştirak etmək hüququ qazanıblar. “Tottenhem” Premyer Liqada 17-ci yeri tutsa da, ÇL-ə Avropa Liqasının qalibi kimi yollanacaq.
Avropa Liqasında “Aston Villa” və “Kristal Pelas” (İngiltərə kubokunun sahibi) çıxış edəcək.
Konfrans Liqasında “Nottinqem Forest” gücünü sınayacaq.