featured-image-60397

İngiltərənin “Çelsi” klubunun futbolçusu Renato Veyqa karyerasını İtaliyada davam etdirəcək.

Msport.az.az xəbər verir ki, Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

“Yuventus” portuqaliyalı futbolçunu icarəyə götürüb.

Veyqa mövsümün ikinci yarısını A Seriyası klubunun heyətində keçirəcək.

“Yuventus” 21 yaşlı sol cinah müdafiəçisi üçün İngiltərə klubuna 4 milyon avro icarə haqqı ödəyəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yoxdur. Futbolçu mövsüm bitdikdən sonra “Çelsi”yə qayıdacaq.

Qeyd edək ki, “Çelsi” Renato Veyqanı mövsümün əvvəlində “Bazel”dən transfer edib. Portuqaliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər