İngiltərənin 5 klubu Çempionlar Liqasında oynayacaq
2025-2026 mövsümündə İngiltərə Premyer Liqasından ən azı 5 komanda Çempionlar Liqasında iştirak edəcək.
Msport.az xəbər verir ki, “Arsenal”ın turnirin 1/4 final mərhələsində “Real” üzərində qələbəsi ingilislərin minimum 5 komandasının ÇL-ə vəsiqə qazanmasına zəmin yaradıb. İki əlavə yer UEFA-nın əmsal cədvəlində ölkələrin reytinqinə əsasən verilir.
Bu sayın artması da istisna deyil. Ancaq bunun üçün “Aston Villa” Çempionlar Liqasını qazanmalı və Premyer Liqadan avrokuboklara vəsiqə verən yerlərdən birini tutmamalı, həmçinin “Mançester Yunayted” və ya “Tottenhem” Avropa Liqasının qalibi olmalıdır.
Bu halda İngiltərə 2025-26 mövsümündə Çempionlar Liqasında 7 komanda ilə təmsil olunacaq.