İngiltərəyə qayıda bilər
“Bavariya”nın və Almaniya yığmasının futbolçusu Leroy Sane karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, onunla “Nyukasl” yaxından maraqlanır.
“Sağsağanlar” 28 yaşlı vingeri heyətlərinə qatmaqda israrlıdılar. Sanenin bu təklifi müsbət cavablandıracağı gözlənilir. Çünki o, cari mövsümdə “Bavariya”nın heyətində heç bir oyunda start heyətində yer almayıb.
Qeyd edək ki, Sane 2016-2020-ci illərdə “Mançester Siti”nin formasını geyinib.