Erlinq Holann zədələndi
İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Erlinq Holann zədələnib.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli hücumçu Çempionlar Liqasının IV turunda “Sportinq”lə (Portuqaliya) keçiriləcək oyunöncəsi məşq prosesində sağ ayağından xəsarət alıb.
24 yaşlı forvardın həmin matçda oynayıb-oynamayacağı bəlli deyil.
Qeyd edək ki, “Sportinq” – “Mançester Siti” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.