featured-image-27444

“Çelsi”nin müdafiəçisi Kalidu Kulibali Ramazan ayında klubdan aldığı dəstəkdən danışıb.

Msport.az “The Times”ə istinadən xəbər verir ki, seneqallı futbolçu aprelin 4-də “Liverpul”la matçda komanda yoldaşları Nqolo Kante və Uesli Fofana ilə birgə oruc tutaraq oynayıb. Qeyd edək ki, həmin gün iftar oyundan 20 dəqiqə əvvəl açılıb.

“İftar açılanda biz isinmə hərəkətlərini edirdik. Paltardəyişmə otağına getdik ki, su içək, gördük bizim üçün hər şey hazırlanıb. Öz yerimə yaxınlaşanda baxdım ki, 4 şüşə su və yüngül yemək, banan var. Oyundan sonra isə bizə yemək hazırladılar.

Ramazandan 3-4 həftə əvvəl “Çelsi” mənim necə qidalanacağımı, nəyi, nə vaxt yeyə biləcəyimi müəyyənləşdirdi. Bizə xüsusi içkilər hazırladılar ki, görək xoşumuza gəlirmi. Bu, əla idi. “Liverpul”la oyun zamanı hakim yaxınlaşıb soruşdu ki, “iftarı açmaq üçün dayanmaq istəyirsiz”? Bu çox xoş idi.

İnsanlar fikirləşir ki, Ramazanda sən zəifləyirsən və işini görə bilmirsən. Ancaq Kərim Benzemaya baxın. “Liverpul”la matçda “Çelsi”də olduğum müddətdə ilk dəfə 10 km-dən çox qaçdım.  Hər şey inamdadır. Əgər inanırsan ki, bunu bacararsan, öhdəsindən gəlirsən. Ramazan bu cür düşünməyimə səbəb olub. Bu karyeramda mənə kömək olub”.

ANAR ABDULLAYEV   

 

Bənzər xəbərlər