featured-image-41615

“Sevilya”nın müdafiəçisi Serxio Ramos İspaniya La Liqasının 19-cu turunun “Atletik”lə oyunundan sonra özündən çıxıb.

Msport.az xəbər verir ki, futbolçu evdə 0:2 hesabı ilə məğlub olduqları görüşdən sonra azarkeşlərdən biri ilə mübahisə edib.

Ramos fleş müsahibəni tribunadakı fanatın ona nəsə dediyi üçün yarımçıq kəsib. Ramos tərəfdardan ona hörmət etməsini tələb edib.

“Biz burada danışırıq. İnsanlara, klubun gerbinə hörmət edin və səsinizi kəsin”.

“Sevilya” bu mövsüm İspaniya çempionatında keçirdiyi 19 oyunun yalnız üçündə qalib gəlib.

Bənzər xəbərlər