"İnsanlıqdan uzaq olanlar..." - "Lester"in futbolçusu zəlzələdən yazdı
“Lester”in və Türkiyə millisinin üzvü Çağlar Söyüncü vətənində baş verən dəhşətli zəlzələ ilə əlaqədar paylaşım edib.
Msport.az xəbər verir ki, futbolçu təbii fəlakəti bəhanə edib bundan qazanmaq istəyənləri günahlandırıb:
“Bütün ölkə yasa batmış haldadır. Hələ də dağıntı altında qalan insanların xilas edilməsinə cəhd göstərilir. Lakin biz oxuyuruq və görürük ki, insanlıqdan uzaq olan, bir damcı mənəviyyatı olmayan bəziləri fürsətdən istifadə etməyə çalışırlar. Onlar odeyallarının qiymətini 5 dəfə artırıblar!
Onlar cəzasız qalmamalıdırlar. Bunu diqqətdən kənarda qoymaq olmaz”.
Qeyd edək ki, Türkiyədə zəlzələ səbəbindən 7 günlük matəm elan olunub.
ANAR ABDULLAYEV







