İnsinye ölkəsinə qayıtmağı planlaşdırır
“Toronto”nun futbolçusu Lorentso İnsinye yenidən İtaliya A Seriyasında çıxış edə bilər.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı oyunçu MLS-i tərk edib ölkəsinə qayıtmaq niyyətindədir.
O, artıq “Latsio”nun baş məşqçisi Mauritsio Sarri ilə də əlaqə saxlayıb.
Qeyd edək ki, İnsinye 2022-ci ildə “Napoli”dən “Toronto”ya keçib. Oyunçunun Kanada klubu ilə müqaviləsi 2026-cı ildə başa çatmalıdır.







