featured-image-29998

“İnter” son 13 ildə ilk dəfə Çempionlar Liqasının (ÇL) finalında oynayacaq. Msport.az xəbər verir ki, Simone İnzaqinin komandası yarımfinal mərhələsinin cavab matçında “Milan” üzərində qələbə qazanıb – 1:0.

“İnter” sonuncu dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına 2010-cu ildə vəsiqə qazanmışdı. Həmin vaxt “nerazurri” “Bayern Münhen” üzərində 2:0 hesabı ilə qələbə qazanaraq kuboka sahib olmuşdu.

ÇL-in finalına çıxan son İtaliya klubu “Yuventus” olub. Turin təmsilçisi 2016-2017-ci illər mövsümünün həlledici oyununda “Real”a 1:4 hesabı ilə uduzmuşdu.

“İnter” finalda “Mançester Siti” – “Real” cütünün qalibi ilə qarşılaşacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər