“İnter” 34 yaşlı qolkiperlə gücləndi
“Bayern Münhen”in futbolçusu Yan Sommer karyerasını İtaliyada davam etdirəcək.
Msport.az xəbər verir ki, 34 yaşlı qolkiper “İnter”ə transfer olunub. Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Neradzurri” Sommerin transferi üçün “Bayern”ə 6 milyon avro ödəyib. İsveçrə millisinin üzvüylə 3 illik müqavilə bağlanılıb.
Yan “Bayern”ə qış transfer pəncərəsində Mönhenqladbax “Borussiya”sından 9 milyon avro qarşılığında keçmişdi. O, Bundesliqa çempionluğunu yaşadığı klubda 25 oyunda iştirak edib.
Royal Türksoy







