featured-image-24577

“Barselona”nın icarə əsasında “Leççe”də çıxış edən müdafiəçisi Samuel Umtiti “İnter”in maraq dairəsinə düşüb.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, İtaliya klubunun rəsmiləri futbolçunun transferi ilə bağlı “Barselona” ilə əlaqə yaradıblar.

Fransalı oyunçu “Barsa”da özünü göstərə bilməsə də, “Leççe”də onun karyerası daha yaxşı alınıb.

Umtitiyə İtaliyanın digər böyük klubları da maraq göstərirlər. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyununa kimidir. 2016-cı ildən Kataloniya klubunda çıxış edən müdafiəçi yanvarda əməkhaqqının azaldılmasına razılıq verərək yeni müqavilə bağlamışdı. Qeyd edək ki, “Barsa”nın baş məşqçisi Xavi Umtitinin xidmətlərində maraqlı olmadığını bəyan etmişdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər