featured-image-32312

Markus Türam bu gün “İnter”lə müqavilə bağlayacaq. Msport.az xəbər verir ki, fransalı futbolçu Milana gələrək tibbi müayinədən keçəcək.

25 yaşlı hücumçu 5 illik anlaşmaya imza atacaq.

O, ilinə 6-6,5 milyon avro maaş alacaq. Türam İtaliya klubuna azad agent kimi keçəcək.

Fransa millisinin üzvü 2019-cu ildən Münhenqladbax “Borussiya”sında çıxış edirdi. O, buna qədər Fransada “Soşo” və “Genqam”ın da şərəfini qoruyub.

Türam ötən mövsüm Almaniya Bundesliqasında 30 oyunda 13 qol vurub.

ANAR 

 

Bənzər xəbərlər